29 
Apr
2024
19:09
171
22
921
Virtual karabakh

Ukraynanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycan XİN-ə təqdim edib - YENİLƏNİB

29 Apr, 2024
19:09
921

Ukraynanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycan XİN-ə təqdim edib - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov Ukraynanın Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiti Yuriy Husyev ilə görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, səfir ilk öncə etimadnaməsinin surətlərini təqdim edib.

Görüş zamanı Azərbaycanla Ukrayna arasında ikitərəfli əlaqələrin cari vəziyyəti və perspektivləri müzakirə olunub.

Ukraynanın səfiri Yuriy Husyev öz növbəsində Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib və Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi üçün maksimum səy göstərməyə hazır olduğunu vurğulayıb.

Tərəflər, həmçinin qlobal və regional təhlükəsizliklə bağlı gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Səfirə ölkəmizdəki fəaliyyəti müddətində uğurlar arzulanıb.

17:26

Ukraynanın Azərbaycana yeni təyin olunmuş səfiri Yuriy Qusyev etimadnaməsinin surətini Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifova təqdim edib.

Bu barədə diplomat “Facebook”da paylaşım edib.

“Ukraynanın Azərbaycandakı səfiri kimi diplomatik fəaliyyətimin başlaması ilə əlaqədar etimadnamələrin surətlərini təqdim etmək üçün Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifovla görüşdüm. Görüş zamanı Azərbaycanın xarici siyasət idarəsinin rəhbərinin müavini Ukraynanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsinə dair Azərbaycanın dəyişməz mövqeyini, eləcə də Azərbaycan tərəfinin iki dövlət arasında mövcud ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyə və Ukraynaya enerji, sosial və digər sahələrdə humanitar yardım göstərməyə hazır olduğunu təsdiqləyib”, - paylaşımda qeyd edilib.

Səfir Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirdiyini diqqətə çatdırıb:

“Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi üçün maksimum səy göstərməyə hazır olduğumu vurğuladım. Bundan sonra ikitərəfli və çoxtərəfli əməkdaşlıq, eləcə də qlobal və regional təhlükəsizlik gündəliyində duran bir çox məsələləri ətraflı müzakirə etdik”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri